SON XƏBƏR

Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi

May 15
14:21 2017
Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən "Qaynarinfo"ya verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bu saata olan məlumata görə, 2858 nəfər qeydiyyatdan keçib, onların 2589-u Azərbaycan bölməsi, 269-u rus bölməsidir.

Rezidenturaya qəbul olmaq istəyən namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 184 nəfərdir, onların 158-ci Azərbaycan bölməsi, 26 nəfəri rus bölməsinin məzunlarıdır.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olub qeydiyyatdan keçməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook