SON XƏBƏR

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYE

Aprel 23
19:47 2018
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edib. Bundan sonra komitəyə Səfər Məmməd oğlu Mehdiyev başçılıq edəcək. O, bu vəzifədə Aydın Əliyevi əvəzləyib.

Gömrük xidməti general-leytenantı olan Səfər Mehdiyev 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb. 

Bir müddət sonra isə gömrük sistemində işə keçib. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. 

Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
 
(Qaynarinfo.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook