SON XƏBƏR

Dövlət Departamenti: ABŞ kimyəvi silah ehtiyatlarını 2023-ci ildə məhv edəcək

Sentyabr 28
08:00 2017
ABŞ 2023-cü ildə kimyəvi silah ehtiyatlarını tam olaraq məhv edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.

"ABŞ hökuməti Kolorado ştatının Pueblo və Kentukki ştatının Riçmond şəhərindəki anbarlarda kimyəvi silahların qalan hissəsini 2023-cü ilin sonunadək məhv etməyi planlaşdırır”, məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Udmurtiya Respublikasında Rusiyaya məxsus sonuncu kimyəvi silah ehtiyatları məhv edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook