SON XƏBƏR

Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - Müdafiə Nazirliyi

Oktyabr 20
09:33 2020
Ermənistan silahlı qüvvələrinin muzdlulardan ibarət "Legion” dəstəsi döyüşməkdən imtina edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook