SON XƏBƏR

Düşmənin daha bir hərbçisi intihar edib

Aprel 26
11:01 2017
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb.
 
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
 
İnformasiyaya görə, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb. 
 
Bu Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 4-cü hərbçidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook