SON XƏBƏR

Düşmən Tərtərdə yenə yaşayış binasına mərmi atdı

Oktyabr 15
12:36 2020
Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.

"Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtərdə beşmərtəbəli yaşayış binasına düşüb.

Binanın ikinci mərtəbəsində yerləşən mənzilin içinə düşən mərmi dağıntılara səbəb olub.

Hazırda düşmən təxribatı davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook