SON XƏBƏR

Dünyanınən gənc lideri Avstriyada Corc Sorosun fondunu qadağan edir

Oktyabr 23
00:09 2017
Avstriyanın ən gənc lideri olan Sebastian Kurz iş adamı, siyasətçi Corc Sorosa Açıq Cəmiyyət Fondunun fəaliyyətini 28 gün ərzində dayandırmayacağı təqdirdə hüquqi yola əl atacağına dair xəbərdarlıq edib.
 
Musavat.com "yournewsire" saytına istinadən xəbər verir ki, S.Kurz fondun Avstriyadakı fəaliyyətini dayandırmadığı təqdirdə "Millətin demokratiyasına hücum" maddəsi ilə hüquqi işlər başladacağını qeyd edib. Gənc lider C.Sorosun 24 milyonluq sərvətinin 18 milyonunu fonda bağışladıqdan sonra dərhal fəaliyyətə keçməyin vacib olduğunu bildirib.
 
"Vəziyyət kritikləşib. Soros qlobal idaerəetməni əldə saxlamaq üçün bütün fürsətləri ortaya qoyur. Yanlış məlumat və medianın manipulyasiyası bir gecədə artdı. Biz narahatıq",- deyə o, vurğulayıb.
 
"Açıq cəmiyyəti nə üçün qadağan etmək istəyirsiz?" sualına Kurz "Çünki 2017-ci ildir", deyə cavab verib. "Soros əlindəki pulu siyasətçiləri, jurnalistləri, ictimai sektoru ələ almaq və dünyada özünə imic yaratmaq üçün istifadə edir", - deyə Kurz əlavə edib.
 
Məlumdur ki, Avstriya kansleri Sorosun siyasi uğur əldə etmək və nüfuzunu daha da yüksəltmək üçün  iqtisadiyyata zərbə vurmasına işarə edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook