SON XƏBƏR

Dünyanın ən sülhsevər ölkələrinin siyahısı açıqlanıb

İyun 01
16:22 2017
Son il ərzində bir çox ölkələr Qlobal Barış İndeksində (Global Peace Index) öz mövqelərinin yaxşılaşdıra bilib, bu da onun 2014-cü ildən bu yana ilk dəfə bir qədər artmasına səbəb olub.
 
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Londonda dərc etdiyi tədqiqatında deyilir. Tədqiqatda dünya əhalisinin 99,7% yaşadığı 163 ölkədə vəziyyət təhlil edilir.
 
Bu il də reytinqə artıq doqquzuncu dəfə İslandiya başçılıq edir, növbəti yerləri isə Yeni Zelandiya və Portuqaliya tutur.
 
Azərbaycan sıralamada 132, Rusiya – 151-ci yerdədir.
 
Suriyada artıq ikinci ildir "sülhsevər ölkələrin” siyahısını bağlayır. Ondan bir pillə yuxarıda Əfqanıstan (162) və İraq (161), sonra isə Cənubi Sudan (160) və Yəmən (159) yerləşir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook