SON XƏBƏR

Dünyanın ən müasir silahı Xüsusi Təyinatlılarımızda- VİDEO

Aprel 30
15:38 2016
Azərbaycanın Xüsusi Təyinatlı Qoşununun təlimləri diqqət çəkib. Belə ki, dünyanın ən müasir və kifayət qədər bahalı olan silahı "CornerShot" artıq Xüsusi Təyinatlı Qoşunlarımızın arsenalındadır. 
 
Qeyd edək ki, adı çəkilən silah ən çox ABŞ və İsrail dövlətinin silahlı qüvvələrinin arsenalındadır. "CornerShot"un üstünlüyünə gəldikdə isə, videokamera ilə təchiz olunmuş silah xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. "CornerShot"un elektronik mühəndisi Görkem Kalenderin assimetrik döyüş şərtləri üçün nəzərdə tutulan silahla bağlı olaraq türk mediasına "Silahı hədəfə doğru tuşlayıb gizləndiyiniz küncdən çıxmadan ətrafı müşahidə edə bilirsiniz. Silahın lüləsi sağa, sola, aşağı və yuxarıya 45 dərəcə bucaq altında yönləndirmək mümkündür" söyləmişdir.
 
Azərbaycanın Xüsusi Təyinatlı Qoşenlarının təliminin videosunu təqdim edirik:
 
Qlobal.az 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook