SON XƏBƏR

Dünyada mobil texnologiyalar bazarını ələ keçirən sumqayıtlı Xaliq İsgəndərov kimdir? - TANITIM (FOTOLAR)

İyul 11
16:46 2016
Xaliq İsgəndərov. Bu ad təbii ki, ilk baxışdan ciddi və ya xüsusi bir məna kəsb etmir. Ancaq tanış olduqca sizə də aydın olacaq ki, Amerika Birləşmiş Ştatlarında sıradan biri kimi yaşamayan  bu azərbaycanlını tanımaq  çox  xoşdur.
 
O, 1982–ci ildə Sumqayıtda anadan olub. Orta təhsilini 5-ci sinifə qədər Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü  Liseydə oxuyub. Sonra isə orta təhsilini Sumqayıt Özəl Türk Liseyində  davam etdirib.
 
O, orta təhsilini bitirdikdən sonra  Türkiyəyə yollanır. Ankara Dövlət Universitetinin İngilis dili filologiyası fakultəsinə daxil olur. 1 il oxuduqdan sonra, təhsilini İstanbul Yıldız Teknik universitetində davam etdirir. Lakin daim yeniliklər ardınca qaçan həmyerlimiz, 2000-ci ildə ABŞ-ın New York Dövlət Universitetinin Beynelxalq əlaqələr fakultəsinə qəbul olur. Və ali təhsilini orada başa vurur.
   
Tələbəlik illərində fəallığı ilə seçilən Xaliq, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla da görüşməyə müvəffəq olub. Texnologiyaya həmişə maraq gösətərən həmyerlimiz, Amerikanın  "AT and T” şirkətində kiçik biznes yaradır. Bir çox layihələrə imza atan gənc artıq 10 ildir ki, telefonlar üçün akssesuarlar hazırlayır. Belə ki, mobil cihazları müxtəlif zərbələrdən qorumaq üçün qablar hazırlayan Xaliq qeyri-adi bir materialdan istifadə edir. O, telefon örtüklərinin daha möhkəm və davamlı olması üçün, titan adlı metaldan istifadə etməyə qərar verib. Gülləyə belə davamlı olan bu metal qısa zaman ərzində insanların marağına səbəb olub. Bu örtük həm də telefonu zərərli radio dalğalardan da qoruyur.
 
34 yaşlı həmyerlimiz Amerikada bir çox sosial layihələrdə də fəallığı ilə seçilir. Nyu-Yorkda türk mədəniyyət mərkəzinin üzvü olan Xaliq bir çox xeyriyyə tədbirləri təşkil edib. Amerikada ölkəmizin təbliğatı ilə məşğul olan İsgəndərov Novruz bayramı, xüsusi ilə Xocalı soyqrımı ilə bağlı tədbirlərin keçirilməsində daha böyük fəallıq göstərir. 5 müxtəlif dildə - türk, ingilis, rus, ərəb və ispan dillərində danışa bilən Xaliqin incəsənətə də marağı var. Belə ki o, kamança, tar və saz kimi alətlərdə ifa edərək, milli musiqimiz barədə ətrafındakı amerikalılarda maraqlı təsəvvürlər formalaşdırır. O, hazırda yeni bir layihə üzərində çalışır. Bu layihə əsas qida məhsulları ilə  bağlıdır. Müəllif hələlik layihə ilə bağlı açıqlama vermək istəmir, ancaq ciddi rezonans doğuracağına əmin edir. Həmyerlimizə ölkəmizin təbliğatı və şəxsi fəaliyyəti yolunda  uğurlar arzu edirik! (Xeberle.com)
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook