SON XƏBƏR

Dünya neft ehtiyatları sürətlə azalır

Aprel 05
00:22 2017
Mövcud neft ehtiyatları və neftlə yüklənmiş gəmilərin məcmu həcmi 3 aprel tarixinə 812 mln. barel təşkil edib.
 
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın "Vortexa" informasiya-araşdırma şirkətinin neft sektoru üzrə analitikləri çıxış ediblər.
 
Şirkətin hesabatına görə, 2017-ci il yanvarın 1-nə məcmu qlobal neft ehtiyatları 978 mln. barel təşkil edib. Bu da ilk rübdə ehtiyatların 166 mln. barel və ya 17% azaldığını göstərir. "Vortexa"nın ekspertləri neft ehtiyatlarının gözlənildiyindən daha sürətlə azaldığını bildiriblər.
 
Qeyd edək ki, bugünkü proqnoz hesabatında Fransanın "BNP Paribas" bankı neft qiymətlərinin 2017-ci ilin III rübündə 65 dollar/barelə qədər yüksələcəyini qeyd edib. Hazırda "Brent" markalı neftin qiyməti 53,60 dollar/barelə bərabərdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook