SON XƏBƏR

Dünya memarlığında "şüşə ev" layihəsinin yaradıcısı kimdir? - 99 il yaşayan memarın həyatı

Aprel 25
09:46 2020
Dünyanın ən tanınmış memarlarından olan Filip Conson 1906-cı ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində doğulub. Jansen nəslindən olan ünlü memarın ailəsi bir zamanlar Amsterdamda Peter Stuyvesant şəhərini inşa etmişdilər.

Nyu Yorkun Hackley liseyində təhsil alan Filip Conson sonradan təhsilini Harvard universitetinin tarix və fəlsəfə bölümündə davam edib.

Ancaq sonradan Avropaya etdiyi bir neçə səyahətə görə təhsilinə ara verir. Bu səyahətlər Consonun həyatında dönüş nöqtəsi olur. Consonun Avropada tanış olduğu Çartes və Partenon kimi antik memarlıq nümunələri onun karyerasında dönüş nöqtəsi oldu.

1928-ci ildə Barselonada məşhur memar Lüdviq van der Rohe ilə tanış olan Conson sonralar bir çox layihələrini onunla birlikdə işlədi.

Conson ikinci dünya savaşı illərində bir çox qəzetlərdə müxbir kimi çalışdı. Sonradan orduda xidmət edən Conson Harvarda geri dönərək memarlıq təhsili aldı.
 


Filip Consonun ilk ən tanınmış layihəsi 1949-cu ildə inşa etdiyi "Şüşə ev"dir. "Şüşə ev" hazırda Beynəlxalq Tarixi Qoruma Komissiyası tərəfindən mühafizə olunur. Hər gün bu memarlıq nümunəsini yüzlərlə insan ziyarət edir.

Consonun "Şüşə ev" layihəsindən sonra ən uğurlu layihəsi 1956-cı ildə Rohe və Marcel ilə birlikdə layihələndirdiyi 39 mərtəbəli "Seagram" binasıdır.
 

 
"Seagram" Consonun memarlıq karyerasında sıçrayış nöqtəsi oldu. Bu layihədən sonra Conson "Linkoln Center" və Nyu York Əyalət Teatrının binasını inşa etdi.
 


Conson dünyada şüşə və çəlikdən inşa edilən müasir memarlıq üslubunun banisi sayılır. 1960-cı ildən sonra bu memarlıq üslubu dünyanın dörd bir yanına yayıldı.

Sonralar Conson Koliforniyada "Kristal Kafedral"-ı inşa etdi. Bu bina dünyanın memarlıq incilərindən sayılır.

Consonun proyektləri və sxemləri Kolumbiya Universitetində və Gety muzeyində saxlanılır.

Conson 2005-ci ildə vəfat edib.

Mənbə: "Yeni EVİM"
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook