SON XƏBƏR

Dükançılıqla dövlətçiliyi ayırd edə bilməyən “qəhrəman” zabit

Noyabr 30
17:06 2019
Azərbaycanda son illərdə Silahlı Qüvvələr sistemində aparılan kadr islahatları, hərbi qulluqçulara diqqət və qayğının artırılması, hərbi təlimlərin keçirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordu ilə ictimai əlaqələrin gücləndirilməsi nəticəsində hərbçilərin tamamilə öz peşələri ilə məşğul olmasına və ordumuzun güclənməsinə müsbət təsir edir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşlərində də dövlət tərəfindən hərbçilərə, şəhid ailələrinə, Qarabağ əlillərinə göstərilən diqqət və qayğıdan söz açıb və gələcəkdə bu istiqamətdə tədbirlərin daha da gücləndiriləcəyini vurğulayıb.

Ölkə rəhbəri xüsusi vurğulayır ki, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Qeyd etmək lazımdır ki, bu günə qədər 1 300-dən çox hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. 

Təəssüf ki, hərbi xidmətdə qüsurlara yol verən bəzi şəxslər öz şəxsi ambisiyaları naminə bütövlükdə ordu quruculuğu siyasətinə kölgə salmaq məqsədilə müxtəlif çıxışlar edirlər. Sosial medianın geniş yayıldığı bir dövrdə hər hansı ehtiyatda olan bir zabitin sərsəm çıxışları cəmiyyöətdə çaşqınlıq yarada bilər. 

Xüsusilə, Qəhrəman Mənsimzadə adlı ehtiyatda olan polkovnik son günlər sosial şəbəkələr vasitəsilə ordu məxfiliyinin, ordu müqəddəsliyinin mahiyyətini dərk etmədiyinə görə qərəzli mühakimə və böhtanları ilə ordunun adına ləkə salmağa cəhd göstərir.

Müəyyən araşdırmalar apararaq Qəhrəman Mənsimzadənin döyüş yolu və xidməti barədə məlumatlar əldə etməyə cəhd göstərdik.

"Qarabağ müharibəsi veteranı”

İlk növbədə özünü Qarabağ müharibəsi veteranı kimi təqdim edən Qəhrəman Mənsimzadənin döyüş yolu barədə sorğu apardıq. Məlum oldu ki, bu şəxs 1992-ci ildə Tət-tər istiqamətində cəmi bir həftə döyüş zonasında olub, sonra bəzi bəhanələrlə Bakıda xidmət aparıb, və hərbi əməliyyatların intensiv getdiyi bir dövrdə bir daha ön xəttə qayıtmayıb. 

Növbəti dəfə ön xəttə yalnız 2010-cu ildə gedib və bu dəfə də öz istəyi ilə deyil, Hərbi Hava Qüvvələrində buraxdığı kobud nöqsanlara görə vəzifədə kəskin şəkildə vurularaq ön xəttə göndərilib. 

Dükançı "qəhrəman”

Adətən hərbi xidmətdə nöqsana yol vermiş şəxslər öz reputasiyasını qaldırmaq, yenidən yuxarı rəhbərliyin rəğbətini qazanmaq naminə dəridən-qabıqdan çıxırlar. Lakin, təəssüf ki, ön xəttə göndərilən Qəhrəman Mənsimzadə orada özünü vətənsevən zabit kimi deyil, alverçi imici ilə tanıdıb. Bu gün də Goranboy zonasında xidmət edən hərbçilər arasında istənilən adamdan polkovnik Mənsimzadə barədə soruşanda "dükançı Mənsimzadə” təxəllüsü ilə  xatırlayırlar. 

Düşmənə xidmət edən "akademik”

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbçilərin təhsili sahəsində də sıx əməkdaşlıq telləri qurulub. Dövlətçiliyin qorunması sahəsində peşəkar bacarıqları artırmaq üçün xeyli sayda hərbçimiz uğurla öz təhsilini başa vuraraq Silahlı Qüvvələrimizin sıralarında xidmətə davam ediblər. Təbii ki, Qəhrəman Mənsimzadə də məhz bu niyyətlə Türkiyəyə hərbi təhsilini artırmağa göndərilmişdi. Lakin burada da o özünü dövlətçiliyə, öz yurduna arxa çevirən bir adam kimi aparıb. Türkiyədə təhsil alan zaman Türkiyə dövlətinə təhdid alətinə çevrilmiş fetoçularla əlbir işləmiş və gizli yollarla anti-azərbaycançılıq xəttinə qoşulmuşdur. Beləliklə, hərbi xidmət zamanı məxfilik rejiminə əməl etmədiyinə və dolayı yollarla əlini rüşvətlə buladığına görə 3 dəfə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bütün bu sadalananları unudan "qəhrəman”ımız utanmadan öz video müraciətlərində "mən akademik təhsil almışam, məni öz ixtisasıma uyğun işə qoyun” deyir. Görünən odur ki, hərbi xidmət zamanı öz mənafeyi üçün xidmət edən bu "ali təhsilli” zabitin ehtiyyata buraxıldıqdan sonra da öz mənafeyini Vətənə xidmətdən üstün tutur. Təbii ki, onun sərsəm bəyanatları düşmən cəbhəsi tərəfindən diqqətlə izlənilir və günü-gündən güclənən ordumuzun nüfuzuna xələl gətirir. Ermənilər öz ordusunda baş verən hərc-mərcliyi, qeyri-nizami rəftarı necəsə öz cəmiyyətlərinin gözündən yayındırmaq üçün məhz mənsimzadəkimilərinin bu sayıqlamalırndan istifadə edirlər. 

Öz şəxsi maraqları naminə Vətənə, orduya xəyanət edənlərin Azərbaycan cəmiyyəti tərəfindən nə qədər nifrətlə qarşılandığını hər kəs bilir. Bəlkə də boşboğazlıq bəlasına düçar olan Qəhrəman Mənsimzadə bunu dərk edən zaman artıq gec olacaq...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook