SON XƏBƏR

DTX yoqa kursları açıb - FOTOLAR

Sentyabr 24
23:51 2017
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində yoqa kurslarının açılış mərasimi keçirilib.

Virtualaz.org bildirir ki, kurslar sabahdan işləməyə başlayacaq. DTX əməkdaşları bu kurslarda yoqa ilə pulsuz, qalan vətəndaşlar isə pullu əsasda məşğul ola biləcəklər.

Açılış mərasimində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edib.

Mədət Quliyev deyib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bunun nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var. Məhz bu mərkəzdə belə məktəb açılması da sevindirici haldır. Yoqa nə idman, nə də siyasətdir. Bu, sadəcə sağlamlıq üsuludur. Dövlət başçısı əhalinin sağlamlığı üçün əlindən gələni edir. Bu da o istiqamətdə atılan addımlardan biridir”.

DTX rəisi ümidvar olduğunu bildirib ki, DTX əməkdaşları və sadə vətəndaşlar yoqa ilə fəal məşğul olacaqlar və bu onların sağlam həyat tərzi keçirmələrinə imkan yaradacaq.

Sonra mərasimdə Hindistanın Azərbaycandakı səfiri Sandjay Rana çıxış edib. O, yoqanın təbliği üçün Azərbaycan hökumətinə və DTX rəhbərliyinə təşəkkürünü bildirib.

Hindistan səfiri həmçinin ümid etdiyini bildirib ki, azərbaycanlıların çox hissəsi sağlam həyat tərzini seçəcək.

Qeyd edək ki, yoqa dərsləri üzrə müəllim Beynəlxalq Şivanada Yoqa Vedata Mərkəzində Polşada təhsil almış "Yoqa Şiromani” tituluna və diplomuna sahib olan Elçin Quliyevdir.

Dərslər həftənin I, III və V günləri keçiriləcək.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook