SON XƏBƏR

DTX: Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub

İyul 10
13:03 2018
"Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çoxdur”

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

S. Mahmudov deyib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub: "Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”.(APA)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook