SON XƏBƏR

DTX Bakı aeroportunda əməliyyat keçirdi: mütəşəkkil dəstə saxlanıldı

Fevral 06
17:17 2019
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook