SON XƏBƏR

DQİDK-in şöbə müdiri: “Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır”

Sentyabr 19
12:57 2018
"Bəzi yerlərdə küçələrdə qara bayraqlar asırlar. Heç bilinmir ki, üstünə nə yazılıb. Azərbaycanın dövlət bayrağı var, bayrağımızın üzərində yaşıl rəng İslamın rəmzidir. Ona görə də hər yerdə Azərbaycan bayrağı asılmalıdır. Bunu təbliğ etmək lazımdır”.

Qlobal.az report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov "Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda keçirilən konfransda deyib.

A.Cavadov qeyd edib ki, məscidlərdə, küçələrdə Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır: "Bir müddət öncə, rayonların birinə getmişdik, küçələr qara bayrağa bürünmüşdü. Bu nə deməkdir? Bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar İslam dininin mahiyyətini anlamalıdırlar, bunun üçün də oxumaq vacibdir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook