Yardımlıda "DOST" İş Mərkəzində dövlət vəsaitləri mənimsənilir? (İDDİA)
Fevral 20
00:00
2020
Yardımlıının icra başçısı Ayaz Əsgərovun və müavini Mahir Mirzəyevin DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsədiyi iddia olunur...
Daxil oıan məlumata görə Yardımlıda DOST iş mərkəzində böyük maxinasiyalar həyata keçirilir. Rayondan saytımıza verilən məlumatda iddia edilir icra başçısı Ayaz Əsgərov DOST iş mərkəzinə işə götürülən işçilərə "nəzarəti" müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyevə həvalə edib. Öz növbəsində Mahir Mirzəyev də bütün yaxın uzaq qohumlarını "işlə" təmin edib.
Rayon sakinləri iddia edirlər ki, onlarla yaxının adını DOST iş mərkəzində siyahıya saldıran Mahir Mirzəyev onların maaşını da özünə götürür. Qeyd edilir ki, bu yolla Yardımlının icra başçısı və müavini plastik hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsəyirlər.
Daxil məlumatda qeyd edilir ki, Ağstafanın icra başçısının həbs edilməsindən sonra qorxiya düşən Mahir Mirzəyev işçi kartlarını seyfindən çıxardaraq bir hissəsini Yardımlı rayon Məşğulluq idarəsi müdirinə, bir hissəsini isə sürcüsünə verib. Başçı müavini kartlardakı pulların bir hissəsini Masallı rayonundan və Bakı şəhərindən çıxartmağa başlayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Mənbə: PİA.az
Qlobal.az