SON XƏBƏR

Donald Trampdan narazılıq reytinqi 60 faizə yüksəlib

İyun 14
16:21 2017
ABŞ Prezidenti Donald Trampdan narazılıq reytinqi daha 1 bənd qalxaraq 60 faizə çatıb və yeni rekord müəyyənləşdirib. Bunu iyunun 13-də dərc edilən son sorğunun nəticələri təsdiqləyir.
 
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rəy sorğusuna əsasən, dövlət başçısını ölkə əhalisinin cəmi 36 faizi dəstəkləyir. Bununla yanaşı, respondentlərin 60 faizi prezidentin işindən narazılığını ifadə edib. Martın 11-də baş tutan sorğuda isə rəy bildirən amerikalıların 45 faizi Ağ evin başçısına müsbət qiymət vermişdi.
 
Agentlik xatırladır ki, demokratların nümayəndələri Barak Obama və Bill Klintonun reytinqi heç vaxt müvafiq olaraq 38 və 37 faizdən aşağı düşməmişdi. Kiçik Corc Buşun dəstək reytinqi isə cəmi bir dəfə 25 faizə enmişdi.
 
"Gallup International” sosioloji xidmətinin keçirdiyi sorğuda 1,5 min nəfər iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook