SON XƏBƏR

Donald Tramp: "Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib"

Yanvar 12
00:07 2017
"Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib".

"Report" xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp mətbuatda Rusiyada ona qarşı kompromat olması barədə yayılan məlumatları şərh edərkən deyib.

"Rusiya ilə heç bir əlaqəm yoxdur - nə anlaşma var, nə də kredit götürmüşəm" - D.Tramp bildirib.

Qeyd edək ki, xarici KİV Rusiyanın əlində ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı kompromat olduğunu yazır. Bu barədə məlumat ABŞ-ın Milli Kəşfiyyat İdarəsi tərəfindən təqdim edilib və hətta Rusiyanın ölkədəki prezident seçkilərinin nəticələrinə təsir göstərdiyi iddia edilib.
 
Rəsmi Kreml bu cür məlumatların cəfəngiyat olduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook