SON XƏBƏR

Donald Tramp istintaqa cəlb olunacaq

Yanvar 09
12:51 2018
ABŞ prezidenti Donald Tramp istintaqa cəlb oluna bilər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, prezidentin bir neçə həftə ərzində "Rusiya məsələsi"nə görə istintaq prosesinə cəlb ediləcəyi iddia edilib. 

Rusiyanın ABŞ-da keçirilən və Donald Trampın prezident seçildiyi 2016-cı il seçkilərinə müdaxilə etdiyi bildirilir və buna görə daha əvvəl Ağ Evin milli təhlükəsizlik katibi Maykl Flinn, Trampın sabiq seçki meneceri Paul Manafort və köməkçisi Rik Qeyts, və prezidentin seçki dövründəki xarici siyasət üzrə katibi Corc Papadopulos istintaq prosesinə cəlb edilib.

Qeyd edək ki, proses Federal Tədqiqatlar Bürosunun sabiq rəhbərlərindən olan Robert Müller tərəfindən aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook