SON XƏBƏR

Donald Tramp dolların məzənnəsinin yüksək olmasında özünü günahkar bilib

Aprel 13
05:28 2017
ABŞ prezidenti Donald Tramp Amerika dollarının hazırkı məzənnəsinin həddindən artıq yüksək olduğunu hesab edir və etiraf edir ki, bunda qismən onun da dövlət başçısı olaraq günahı var.
 
"Report" xəbər verir ki, Tramp bunu WSJ qəzetinə müsahibəsində bildirib. "Hesab edirəm ki, bizim dollar olduqca möhkəm olacaq və bunda qismən mənim də günahım var, çünki insanlar mənə güvənirlər", - deyə ABŞ prezidenti etiraf edib. "Lakin ağrılı da olsa deməliyəm ki, bu, nəticə etibarı ilə bizə ziyan vuracaq", - deyə o əlavə edib.
 
Tramp, həmçinin xatırladıb ki, valyutanın məzənnəsinin möhkəmlənməsinin öz müsbət aspektləri də var: "Daha möhkəm dolların da öz müsbət tərəfləri var. Lakin ən yaxşısı bu ifadəni (möhkəm dollar) eşitməkdir", - deyə prezident istehza ilə bildirib.
 
O, həmçinin dolların məzənnəsinin qalxmasının mənfi nəticələr verəcəyi barədə xəbərdarlıq edib: "Dolların möhkəm olduğu, digər ölkələrin isə öz valyutalarını devalvasiya etdiyi şəraitdə rəqabət aparmaq olduqca çətindir", - deyə Tramp qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook