SON XƏBƏR

Dollar satışının bərpası “qara bazarı” çökdürdü...

Yanvar 12
13:51 2017
Bu gün "qara bazar”da xarici valyutanın alış-satış qiymətləri bir qədər də ucuzlaşıb. 

Qlobal.Az fins.az-a istinadən xəbər verir ki, indi qanunsuz valyuta bazarında 1 dollar 1,8400 manata satılır.

Dolların "qara bazar”da alışı isə daha ucuzdur - 1,8200 manat. 

Bankların dolar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olub. 

Bu gün keçirilən valyuta hərracından sonra vəziyyətin bir qədər də yumşalacağı gözlənilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook