SON XƏBƏR

Dmitri Nazarovun çıxış etdiyi klubun baş məşqçisi istefa verib

May 29
12:56 2018
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Ertsgebirge” komandasının baş məşqçisi Hannes Dryus istefa verib.

"Report” Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis şəxsi səbəblərə görə postunu tərk edib. O, 2017/2018 mövsümündə komandaya rəhbərlik edib.

Qeyd edək ki, Almaniyanın II Bundesliqasında çıxış edən "Ertsgebirge” mövsümü 40 xalla 16-cı pillədə başa vurub və liqada yerini qorumaq üçün pley-offda "Karlsrue”dən üstün olub 0:0, 3:1.

Aue klubu ilə 2021-ci ilə qədər müqaviləsi olan Nazarovun xidmətində II Bundesliqada mübarizə aparan "Darmştadt 98”in maraqlı olduğu bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook