SON XƏBƏR

“Dizlərimi yerə qoyub kəndimin torpağını öpəcəyəm” - Şükür Həmidovun atası

Noyabr 05
14:57 2020
"Kəndimizə girəndə dizlərimi yerə qoyub o torpağı öpəcəyəm”

Bunu Azvision.az -a açıqlamasında şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov doğma yurdu Armudlu kəndinin işğaldan azad olunmasından danışarkən deyib. O bildirib ki, Armudlu kəndi Başarat sovetliyinin tərkibində olub:

"Kəndimizlə bağlı xatirələr o qədər çoxdur ki, bu barədə danışmaq üçün heç bir gün də kifayət etməz. Doğma kəndim mənim üçün əvəzolunmazdır. Oraların adı çəkiləndə ürəyim çırpınır, həyəcanlanıram. Yaxın zamanlarda kəndimin azad olunacağını gözləyirdim, bilirdim ki, bu xəbəri alacağam. Allah elimizin, Ordumuzun köməyi olsun. Ali Baş Komandana qüvvət diləyirəm. Qələbəni əldə edək, ömür vəfa etsə, o torpaqlarda heç olmasa 5 il də yaşayaq.

Şükür Başaratda oxuyub. Dünən xəbəri eşidəndə xəyalən onun məktəb illərinə qayıtdım. Addım-addım günləri, ayları vərəqlədim. Digər oğlum Əsəd də orada oxuyub. Şükür tək mənim övladım deyil. Xalqımızın sevgisi, dövlətimizin qayğısı göstərdi ki, o, hamımızın oğludur.

Xalqımızın birliyi və Prezidentimizin iradəsi ilə Şuşanın, Laçının, Xankəndinin də azad olunmasına sevinəcəyik. Kəndimizə girən kimi dizlərimi yerə qoyub o torpağı öpəcəyəm. O günləri səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, ötən ay Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook