SON XƏBƏR

DİQQƏT! AAAF PARK vətəndaşları belə aldadır

Noyabr 19
11:14 2016
Bakıda yeni tikilən binalardan mənzil alan vətəndaşlar o qədər problemlərlə üzləşiblər ki, indi "novostroyka"da ev almaq istəyənlər xeyli tərəddüd yaşayırlar. Bəzi binaların çox keyfiyyətsiz tikilməsi, bəzilərində qiymətlərin bahalığı, bəzilərində isə mənzil alan müştərilərə verilən vədlərin yerinə yetirilməməsi mənzil almaq istəyənlərin arzusunu ürəyində qoyur. Hər gün telekanallarda reklamı verilən tikinti komplekslərinin çoxu haqqında araşdırma apardıqda isə vəziyyətin həqiqətən də çox acınacaqlı olduğu üzə çıxır.

Bu dəfə isə AAAF Park yaşayış kompleksindəki problemlərdən danışacağıq. Artıq dörd aydır AAAF Park-da yaşayan sakinlərdən biri edərək qarşılaşdığı problemləri dilə gətirib. Adının açıqlanmasını istəməyən sakinin dediyinə görə, 2014-cü ilin fevralında bu kompleksdən mənzil alıb. Mənzil alınan zaman müştərilərlə bağlanan müqavilələrdə mənzilin sakinlərə təhvil veriləcəyi vaxt göstərilməyib. Ancaq AAAF Parkın satış ofisində müştərilərə mənzillərin təhvil veriləcəyi vaxt və binalardakı kommunal xidmətlər haqqında geniş məlumat verilir.
 
Sakin bildirdirir ki, mənzil alınan zaman müqavilə imzalanmazdan öncə AAAF Park-ın hüquq şöbəsinə də yaxınlaşıb. Orada da bildirilib ki, mənzillər deyilən vaxtda sakinlərə təhvil veriləcək, burada heç bir aldadılmadan söhbət gedə bilməz. Bu sözlərə inanan vətəndaş 2014-cü ilin fevralında kompleksdən mənzil alıb. Ona verilən məlumata görə mənzil 2014-cü ilin dekabrında təhvil verilməli idi. Ancaq vəd olunan vaxtda 6 mərtəbəli binanın cəmi 4 mərtəbəsi tikilib. Nəhayət ki, 2016-cı ilin mart ayında müştərinin mənzili təhvil verilib. Təhvil verilən mənzil yalnız su və işıq ilə təmin olunub. Qış mövsümü başlayanda isə binaların mərkəzi isitmə sistemi ilə təmin olunacağı bildirilib. Lakin havaların soyumasına və noyabrın 15-dən rəsmi olaraq qış rejiminə keçilməsinə baxmayaraq, mənzillərə isti su verilmir. Nəticədə sakinlər mənzilləri qızdırmaq üçün elektrik enerjisindən istifadə etməyə məcbur qalırlar. Bu isə başqa problemlərə yol açır. Binalara istifadə olunan yeganə enerji vasitəsi elektrik enerjisi olduğundan tez-tez mənzillərdə qısaqapanmalar olur, evlərin elektrik xəttlərində yanğınlar baş verir. Mənzillərin qızdırılmasında problemlər olduğu üçün divarlarda nəmişlik yaranır. Sakinlər bu problemləri ilə bağlı AAAF Parka dəfələrlə müraciət etsələr də,heç bir nəticə əldə olunmayıb. Məsələ ilə bağlı biz də AAAF Park ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı. //Brifinq.az
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook