SON XƏBƏR

Dini liderlər Brüsselə gedir: Siyahıda şeyxin adı yoxdur

Sentyabr 21
02:08 2017
Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq. 

Qlobal.az-ın "Azvision.az”a istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.
 
Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:
 
Hacı Fuad Nurullayev - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslamUniversitetinin dekanı 
 
Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı 
 
Aleksandr Şarkovski – Yəhudi icmasının sədri 
 
Elnur Əfəndiyev - Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi 
 
Rasim Xəlilov - "Həyat Sözü” protestant dini icmasının başçısı 
 
Siyavuş Heydərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
 
Nicat Məmmədli - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook