SON XƏBƏR

DİN-in əməkdaşları Azərbaycan çempionatında gümüş və bürünc medal qazanıb

Fevral 08
13:34 2018
Bu yaxınlarda boks üzrə Azərbaycan çempionatı keçirilib. Boks Mərkəzində baş tutan çempionatda respublikanın bütün şəhər və rayonlarının klublarını, idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi boksçusu qatılıb.
 
SİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də öz gücünü sınayıb. 

Onlardan çəkisi 56 kiloqramadək olan idmançılar arasında Ümid Rüstəmov finaladək irəliləyərək gümüş medala sahiblənib, Cəmiyyətin digər yetirmələri Qoşqar Səfərli, Gülhüseyn Ağazadə və Elşən Hüseynov yarımfinala qədər irəliləyərək bürünc medal əldə ediblər. Onlar müvafiq olaraq 52, 91, +91 kiloqram çəki dərəcəsində öz qüvvələrini sınayıblar. 

Qeyd edək ki, komandamızı bu yarışa İdman Cəmiyyətinin müəllimi, əməkdar məşqçi Yadigar Məmmədov hazırlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook