SON XƏBƏR

DİN-dən Qubada əmisi oğlunun arvadını qaçıranın öldürülməsi ilə bağlı - Açıqlama

Oktyabr 22
13:09 2018
Daxili İşlər Nazirliyi Quba rayonunda baş verən cinayətlə bağlı açıqlama yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, oktyabrın 19-da Quba rayon polis şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib. Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb. O, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qubanın Tülər kənd sakini, 26 yaşlı Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.


Hadisə qısqancliq zəminində baş verib. Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı, 25 yaşlı Aynur Əsədovanı qaçırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook