SON XƏBƏR

DİN-dən açıqlama: "Abbasova Şükufə Gəray qızının etdiyi müraciət səlahiyyətlərimizə aid deyil"

Mart 09
12:18 2018
"Abbasova Şükufə Gəray qızı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova etdiyi müraciətə görə Binəqədi Rayon Polis İdarəsi və eləcə də DİN-in aidiyyatı üzrə Baş İdarəsi tərəfindən dəfələrlə qəbul olunmuş, dinlənilmiş və ona hüquqi vəzifələri izah olunmuşdur". 
 
Bu sözləri Qlobal.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib. 
 
O.Mansurzadənin sözlərinə görə, Abbasova Şükufə Gəray qızının oğlu Gəraylı Samirin həbsi ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciət məhkəmə orqanlarının səlahiyyətindədir. Ancaq bununla belə, Daxili İşlər Nazirliyi hər bir vətəndaşa olduğu kimi, Şükufə Abbasovanın da müraciətinə diqqət və həssaslıqla yanaşır.
 
Qeyd edək ki. ötən gün Şuşa rayon sakini, məcburi köçkün, şəhid ailə başçısı Abbasova Şükufə Gəray qızı Azərbaycan Respublikası Daxili İşlər Naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, general-polkovnik Ramil Usubova müraciət edib. Şükufə Abbasova müraciətində Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovdan 177.2.4 maddəsi ilə 3 il 11 ay azadlıqdan məhrum edilən oğlu Gəraylı Samirin həbsdən azad olunmasına köməklik etməsini xahiş edir.
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook