SON XƏBƏR

Dieqo Simeone: “Qarabağ” əla müdafiə olunurdu, çox yaxşı qapıçıları var”

Noyabr 01
10:36 2017
"Bəhanə axtarmaq istəmirəm. Rəqib əla müdafiə olunurdu”. Fanat.Az xəbər verir ki, bunu "Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.
 
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”la 1:1 hesablı bərabərliyin ardından "hindular”ın argentinalı çalışdırıcısı oyun haqda fikirlərini bölüşüb:
 
"Oyuna yaxşı başlamışdıq. Hesabı açmaq üçün yaxşı şanslar yaxalasaq da, həlledici anda dəqiq oynaya bilmədik. Nəticədə rəqib fərqləndi. Təbii ki, fasiləyə məğlub durumda yollanmaq istəməzdik. Amma belə alındı. İkinci yarıda gərgin və əsəbi idik. Çox yaxşı qapıçıları var. Nəticə istədiyimiz kimi olmadı, çox çətin vəziyyətə düşdük. "Roma”ya qarşı daha yaxşı olmağa çalışacağıq. İtalyanlarla görüşün nəticəsi taleyimizi bəlli edəcək. Biz həmişə eyni cür oynamışıq. Xüsusi nə isə dəyişməyib.
 
Futbol belədi, siz uğurları sıralayırsızsa, hamı gücünüzdən danışır. Nəticə arzulanan kimi olmayanda isə fərqli fikir formalaşır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook