SON XƏBƏR

DGK büdcəyə ödənişlərini 46% artırıb

Fevral 12
12:16 2019
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 645,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 557,4 min manat və ya 45,8% çoxdur.

DGK-dən "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17 009,8 min manat və ya 28,6% artaraq 76 480,4 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 76 029,8 min manat və ya 48,4% artaraq 233 048,7 min manat, aksizlər 10 081,6 min manat və ya 2,5 dəfə artaraq 16 862,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 436,2 min manat və ya 15,5% artaraq 3 254,3 min manat təşkil edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook