SON XƏBƏR

Dərəyə aşan “175”in sahibi məmur imiş

Yanvar 09
08:29 2018
Araşdırma zamanı bəlli olub ki, soyğunçuluq maddəsi ilə məhkum olunan, sürücülük vəsiqəsi olmadan avtobus idarə edərək qəza törədən Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşurutun sahibi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur. B. Aslanov 175 saylı xəttin ona məxsus olduğunu təsdiqləyib.

Amma B. Aslanov qəza baş verən avtobusların onun adına olmadığını bildirib. B. Aslanov deyib ki, o, xətdə sərnişindaşımanı başqa şəxslərə həvalə edib: " Avtobuslar mənim deyil. Mən xətti başqa şəxslərə icarəyə vermişəm. Avtobuslarda mənim adıma deyil. Siz Nəriman Süleymanovla əlaqə saxlayın”.

B. Aslanov dövlət qulluqçusu olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyü ilə bağlı sualımıza isə belə cavab verib: "Mən, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinin sədriyəm. 175 saylı marşurutu da dörd aydır ki, almışam. İndi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışmıram. Siz mənim verdiyim nömrə ilə əlaqə saxlayın”.

B. Aslanovun bizə verdiyi mobil əlaqə nömrəsi ilə danışdığımız Eldəniz Qasımov isə175 saylı xəttin rəisi vəzifəsində çalışdığını bildirdi: "Mən xəttə səhər çıxışı 05:45 radələrində şəxsən özüm vermişəm. Yol vərəqi də indi qəzanı törədən Ağayev Tərlan Hüseynağa oğlunun adına verilib. Loru dildə desək, mən avtobusu Tərlanın qəza törədən qardaşına deyil, onun öz adına vermişəm. Yolda sərnişin daşıyarkən o avtobusu qardaşına verib. Bundan nə mənim, nə də dispetçerlərin xəbəri olub. Çünki, dispetçerlərin olmadığı dayanacaqda avtobus Kamran Ağayevə verilib. O da gedib hadisə törədib. O ki, qaldı adına yol vərəqəsi verilən Tərlan Ağayevə, onun sürücülük vəsiqəsi də var, avtobusu idarə etmək üçün lazımi kateqoriyası da”.

Həmsöhbətimiz sonda xətdə avtobusların B. Aslanovun razılığı ilə istismara verildiyini söyləyib.

B. Aslanov hazırda Laçın Rayon İcra Hakimiyyətində çalışmadığını söyləsə də, icra hakimiyyətindən B. Aslanovun həmin işində çalışdığını bildirdilər. (Movqe.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook