SON XƏBƏR

Deputatlığa namizəd Samir İbadov seçki təşviqatına başladı - FOTO

Yanvar 21
17:03 2020
 
Növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Samir İbadov Fəxrəddin oğlu təbliğat-təşviqat kampaniyasına başlayıb. Elinə-obasına, milli-mənəvi dəyərlərə daim bağlı olan, el ağsaqqallarının, ağzıdualı anaların xeyir-duaları ilə Milli Məclis seçkilərinə qatılan Samir İbadov seçicilərin səsini qazanacağına ümid edir.
 
"Məqsədimiz Xalqa Xidmətdir" şüarı ilə seçkilərə qatılan Samir İbadov hər bir seçicisinin problem və qayğılarının yanında olacağını, indiyədək həmyerlilərini-xalqını beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil etdiyi kimi, bundan sonra da onları yüksək tribunalarda ləyaqətlə təmsil edəcəyini hədəfə alıb. 
 
Samir Fəxrəddin oğlu İbadov öz təşəbbüsü ilə 2020-ci il növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürüb.
 

 
Samir Fəxrəddin oğlu İbadovun tərcümeyi-halı

Samir İbadov 1981-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1998-ci ildə  Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirdikdən sonra, elə həmin ildə Bakı Dövlət Universitetinə daxil olub və 2006-cı ildə ali təhsilini başa vurmuşdur.
 
1999-2001-ci illərdə Azərbaycan Milli Ordusunun sıralarında hərbi xidmət keçib. 

Təhsil aldığı müddətdə tələbə gənclər təşkilatının fəal üzvü olmuş və universitetin ictimai həyatında aktiv fəaliyyət göstərmişdir. Universitet daxili elmi tədbirlərin təşkilində yaxından iştirak etmişdir. 

2009-cu ildə Media Print şirkətini təsis etmiş və rəhbəri olmuşdur.

2018-ci ildə "Organization of Medical Projects” şirkətini təsis etmiş və rəhbəri olmuşdur. Rəhbərlik etdiyi müddətdə Azərbaycan həkiminin elmi-praktik səviyyəsinin artması naminə Avropa və Asiyanın iri şəbəkəli və dövlət- universitet xəstəxanalarının akademik kadrlarının iştirakı ilə ölkə daxilində və xaricində tibbi sahədə beynəlxalq konfranslar, konqreslər və kurslar təşkil etmişdir. 

2019-cu ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Çalışdığı müddətdə bir diaspor təşkilatının yaranmasında və eləcədə xaricdə yaşayan həmvətənlərimizin layihələrinin təşkil olunmasında müstəsna rolu olmuşdur. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi olaraq Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasiminin təşkil olunmasına təşəbbüs vermiş və tədbirdə iştirak etmişdir.

Komitə nəzdində "Azərbaycan Diaspor Könüllüləri” adlı proqramda iştirak hüququ qazanan könüllülərə lobbiçilik və diaspor  fəaliyyətinin əsas istiqamət və perspektivləri haqqında təlimlər vermişdir.

Rus, Türk, İngilis dillərini bilir.

Ailəlidir.
 
Samir İbadovun Seçki Platformasının əsas hissəsi uzun illərdir ki, məcburi köçkün həyatı yaşayan Zəngilan-Qubadlı əhalisinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasını nəzərdə tutmaqla yanaşı, eyni zamanda torpaqlarımızın işğaldan azad olunması ilə bağlı dövlətin yürütdüyü siyasəti də özündə ehtiva edir:
 


HƏDƏF YENİ PARLAMENT!

*Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması;

QANUNVERİCİLİK FƏALİYYƏTİ

*Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim rəhbər tutulması;

SEÇİCİLƏRLƏ SOSİAL İŞ SAHƏSİNDƏ

*Qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısını diqqətdə saxlamaq;
*Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsini diqqətdə saxlamaq;
*Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində işləri diqqətdə saxlamaq;
*Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsadət qaldırmaq, daimi əsaslarla iş aparmaq, zəruri olduqda vəsadətlər vermək;
*Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə və uşaqlara xüsusi diqqətin yetirilməsini nəzarətdə saxlamaq;
*Qaçqınların və məcburi köçkünlərin vəziyyətlərinə aid beynəlxalq müqavilələrin (sazişlərin) hazırlanmasında iştirak etmək, konfransların, seminarların və s. tədbirlərin keçirilməsini təşkil etmək;
*Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə  dövlət büdcəsi  vəsaiti hesabına  təmin edilməsinin yerlərdə icra olunmasına deputat nəzarətini həyata keçirmək;

ÜMUMMILLI PROBLEMIMIZ: QARABAĞ

*Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsi kimi ümumi ideyalar ətrafında birləşməliyik;
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook