SON XƏBƏR

Deputatlığa namizəd Samir İbadov kimdir? (VIDEO)

Yanvar 22
11:55 2020
Fevral ayının 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliklərini irəli sürmüş şəxslərin kimlikləri, indiyə qədər olan fəaliyyətləri ictimaiyyətin marağını kəsb edən əsas mövzulardan biridir.

Qeyd edək ki, bu parlament seçkisində deputatlığa namizədlərin arasında müasir dünyagörüşlü, savadlı və vətənpərvər gənclər də var.

Bu gənclərdən biri də 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Samir İbadov Fəxrəddin oğludur.

1981-ci ildə anadan olan Samir İbadovun fəaliyyət istiqamətinin mühüm hissəsini ölkə xaricində Azərbaycan adına gördüyü işlərdən ibarətdir.

Samir İbadov milli ruhlu və yüksək savadlı gənc olaraq 2018-ci ildə "Organization of Medical Projects” şirkətini yaradıb. Qısa zaman ərzində Azərbaycan həkiminin elmi-praktik səviyyəsinin artması naminə Avropa və Asiyanın iri şəbəkəli və dövlət-universitet xəstəxanalarının akademik kadrlarının iştirakı ilə ölkə daxilində və xaricində tibbi sahədə beynəlxalq konfranslar, konqreslər və kurslar təşkil etməyi bacarmış Samir İbadov işğal olunan torpaqlarımızın və xalqımızın yaşadığı fəaciələrin xaricdə tanıdılması yönündə də əhəmiyyətli işlər görmüşdür.

Azərbaycan həqiqətlərinin dünyada tanıdılması və düşmənlər tərəfindən millətimizin başına gətirilən ağlasığmaz bəşəri cinayətlərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması hazırda ölkəmiz qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə Xocalı söyqırımı ilə bağlı həqiqətlərin xarici ölkələrdə təbliği və erməni faşizminin törətdiyi ağlasığmaz vəhşilikləri sivil dünyaya tanıtdırmaq hər bir azərbaycanlı üçün ən önəmli məsələ olmalıdır.

2019-cu ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunan Samir İbadovun bu qısa müddətdə bir diaspor təşkilatının yaranmasında və eləcə də xaricdə yaşayan həmvətənlərimizin layihələrinin təşkil olunmasında müstəsna rolu olub.

Diaspora işində fəal olan Samir İbadov erməni işğalçılarının azərbaycanlılara qarşı etdiyi söyqırım siyasəti ilə bağlı qonşu ölkələrdə keçirilən tədbirlərin əsas təşkilatçılarından biri olub.

Samir İbadov Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi olaraq ötən il Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasiminin təşkil olunmasının təşəbüskarı olmuş və tədbirdə iştirak etmişdir.



O, Komitə nəzdində "Azərbaycan Diaspor Könüllüləri” adlı proqramda iştirak hüququ qazanan könüllülərə lobbiçilik və diaspor fəaliyyətinin əsas istiqamət və perspektivləri haqqında təlimlər vermişdir.

Rus, ingilis, türk dillərini mükəmməl bilən, Azərbaycanın tarixinə, zəngin folkloruna bələd olan Samir İbadovun əsas məqsədi beynəlxalq tədbirlərdə, konfranslarda Azərbaycanı millət vəkili olaraq şərəf və ləyaqətlə təmsil etməkdir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook