SON XƏBƏR

Ramin Əhmədov Zahid Xəlilov 54 ünvanında seçicilərlə görüş keçirib - FOTO

Yanvar 25
14:20 2020
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun əhali qrupları ilə görüşləri davam edir.
 
Deputatlığa namizəd, bu gün səhər saatlarında Zahid Xəlilov 54 ünvanında yaşayan sakinlərlə görüşüb. Ramin Əhmədovu isti qarşılayan sakinlər onunla bir sıra məsələlər haqda səmimi söhbət aparıblar. Sakinlər qeyd ediblər ki, Ramin Əhmədovun seçicilərin çağırışına biganə qalmaması, müraciət edənlərin hər birinə vaxt ayırması Yasamal camaatının ona rəğbət bəsləməsində böyük rol oynayır.

Ramin Əhmədov sakinlərdən bir neçəsinin evinə də baş çəkib, onları narahat edən problemləri yerində dinləyib.

Görüşlər davam etdirilir.

Seçin ki, Yasamal qazansın!
 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook