SON XƏBƏR

Deputatlığa namizəd Ramin Əhmədov Yasamalda seçicilərlə görüşlərini davam etdirir - Foto

Yanvar 20
00:02 2020
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun ərazidə seçilərlə görüşləri davam edir.
 
Ramin Əhmədovun yanvar ayının 19-da keçirdiyi ikinci görüşü, Tağı Şahbazi küçəsinin bir qrup sakini ilə keçirilib (bu küçədə görüşlər davam etdiriləcək).
 
Görüş zamanı, sakinləri qayğılandıran məsələlər dinlənilib. Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə, Ramin Əhmədov Prezident İlham Əliyevin islahat kursunun özəlliklərindən danışıb, ölkədə müşahidə olunan yeniliklər və bütün bunların vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına hesablandığını qeyd edib. Bununla yanaşı, deputatlığa namizəd fevralın 9-da keçiriləcək Parlament seçkilərinin ölkənin gələcək inkişafının təmin olunmasında böyük rol oynayacağını və bu səbəbdən də, vətəndaşların seçkidə fəal iştirak etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sakinlər, Ramin Əhmədovun seçki kompaniyasının diqqət çəkməsi, seçki qərargahının üzvlərinin ərazidə maraqlı təşviqat kampaniyası aparmasından bəhs edib, belə bir enerjili gəncin vətəndaşlarla sıx təmasda olacağına inandıqlarını bildiriblər.

Seçin ki, Yasamal qazansın!
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook