SON XƏBƏR

Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib

Yanvar 19
19:27 2020
Bu gün 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələri ilə görüş keçirib.

Mehdi Mehdiyev öncə rayonun ağsaqqaları və ictimaiyyət nümayəndələri ilə birlikdə Ceyranbatan qəsəbəsində yerləşən Şəhidlər abidəsini ziyarət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.

Daha sonra Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində yaşayan şəhid Baxışov Təbrik Niftalı oğlunun, Bayramov Aslan Haqverdi oğlunun, Şirinov Hikmət Həsənağa oğlunun, Cahangirov Azər Cümşüd oğlunun və Dəmirov Pərviz Xandadaş oğlunun ailələrini ziyarət edib.

Şəhid ailələrinin üzvləri deputatlığa namizəd polkovnik Mehdi Mehdiyevə dəstəklərini nümayiş etdiriblər.
 
(Pia.az)
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook