SON XƏBƏR

Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO

Yanvar 24
20:30 2020
24 yanvar 2020-ci il tarixində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş polkovnik Mehdi Mehdiyev şəhid Əmirəhmədov Əliyoldaş Cəlil oğlu və şəhid Hüseynov Gülverdi Ağahüseyn oğlunun anım mərasimində iştirak edib.
 
Mərasimdə kənd sakinləri, məktəblilər, Qarabağ müharibəsində iştirak edən veteranlar, əlillər, şəhid ailələri və kənd ağsaqqalları iştirak edib.
 
Anım mərasimində Mehdi Mehdiyev çıxış edərək şəhidlərin göstərdiyi şücaətdən danışmış, onların qanının yerdə qalmayacağını tədbir iştirakçılarına vurğulamışdır. O, öz çıxışında ümumilikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların göstərdiyi qəhrəmanlıqlarından, ümumiyyətlə Qarabağ müharibəsində iştirak edən əlillərin, veteranların şücaətindən bəhs etmişdir.
 
Mehdi Mehdiyev çıxışında dünyanın ən müasir silah-sursatıyla təchiz olunmuş Azərbaycan ordusunun bu gün regionun ən güclü ordusu olduğunu, ordumuzun dünya reytinqində irəlilədiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, silahlı qüvvələrin şəxsi heyətinin də ruh yüksəkliyinin yüksək olduğunu bildirib. 
 
"Ordumuzun döyüş qabiliyyətinin və ruh yüksəkliyinin yüksək olduğunu 2016-cı ilin aprel hadisələri zamanı bütün dünya gördü. Azərbaycan dövləti bu gün 20-ci əsrin sonlarında olan iqtisadi cəhətdən zəifləmiş, siyasi xaosda boğulan ölkə deyil. Azərbayan bu gün iqtisadi cəhətdən qüdrətli, siyasi monolitliyi, böyük hədəfləri söykənən siyasi ideologiyası olan bir dövlətdir. Ali Baş Komandan, Preident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağ müharibəsi veteranlarına, əlillərinə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğı bizləri daha da ruhlandırır və torpaqlarımızın tezliklə azad ediləcəyinə olan inamımızı daha da artırır."-deyə, M.Mehdiyev çıxışında bildirmişdir.

Tədbir kənd sakinlərinin, ağsaqqalların, şəhidlərin yaxınlarının və məktəblilərin çıxışları ilə davam edib. 

Pia.Az
 

 

 

 

 


 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook