SON XƏBƏR

Deputatlar Prezidentin Ağdamın azadlığı barədə xalqa müraciətini ayaq üstə alqışladılar

Noyabr 20
13:12 2020
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciət edib.

Musavat.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova deputatlara bu barədə məlumat verdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsi yarımçıq dayandırılıb və Prezidentin çıxışı yayımlanıb.

Ağdamın işğaldan azad edilməsi, dövlətimizin görəcəyi işlər, işğalçı Ermənistana və dünya dövlətlərinə, beynəlxalq təşkilatlara Prezidentin mesajlarına deputatlar tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılıq verilib.

İlham Əliyevin sonda dediyi "Ağdam bizimdir! Qarabağ Azərbaycandır!” tarixi müjdəsini parlamentarlar ayaq üstə alqışlayıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook