SON XƏBƏR

Deputatlar koronavirus testindən keçdilər

Mart 28
11:06 2020
Milli Məclisin deputatları  koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər. 

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. 

A. Təvəkküloğlu bildirib ki, deputatlar və Milli Məclisin əməkdaşlarının hamısı tibbi test yoxlanışından keçib:

"Testlərin nəticəsi neqativ çıxıb. Yəni heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook