SON XƏBƏR

Deputatın qardaşı oğlu məhkəmə zalından azadlığa buraxıldı

Mart 17
13:53 2017
Deputatın qardaşı oğluna hökm oxunub. O, dələduzluqda təqdirləndirilərək həbs edilmişdi. Onun cəzası şərti olaraq elan edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qlobal.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib.

N. Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) maddəsi ilə ittiham olunurdu. Onun vətəndaşları işə düzəltmək adı ilə 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir. N. Əhmədov deputat Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.

Daha əvvəl N. Əhmədovun bacısı Nigar Əhmədova da dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq deputat mətbuata açıqlamasında Nigar adlı qardaşı qızının olmadığını deyib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook