SON XƏBƏR

Deputatdan vətəndaşa "həzrət abbas" qapazı- VİDEO

Dekabr 24
10:05 2016
Milli Məclisin deputatı İqbal Məmmədov vətəndaşı döyüb.
 
Qlobal.Az xəbər verir ki, bu barədə məlumatı gününsesi.info saytı yayıb. Saytın yazdığına görə, hadisə Xətai rayonunun Fəzail Bayramov 11/56 ünvanında qeydə alınıb. Belə ki, deputat sözügedən ünvanda "Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini deyib. Lakin binanın mühafizəçisi Ramazan Piriyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görüb.
 
Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir edib.
 
Ramazan Piriyev DİN-nin 102 xidmətinə zəng edib.

 

Hadisə yerinə polis əməkdaşları gələrkən, İqbal Məmmədov 10 AA 715 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobilinə əyləşərək, oranı tərk edib.
İqbal Məmmədov daha sonra şirkətin icraçı direktoruna zəng edərək, onları hədələyib: "Zəng edib bildirir ki, əgər bu məsələ mediaya çıxacaqsa, Ramazan Piriyevi həbs etdirəcəyəm”.
 
İqbal Məmmədov açıqlamasında məsələni təkzib edib: "Kim deyir bunu sizə? Belə bir şey olmayıb. Deputat niyə vətəndaşı vurmalıdır? Mənim heç nədən xəbərim yoxdur. Mən ora bir dostumla getmişəm. Söhbət edib qayıtmışam… Onlar böhtan atır. Sizə də məsləhət görürəm ki, burada yazılacaq nəsə yoxdur. Gedin başqa mövzulardan yazın”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook