SON XƏBƏR

Deputat Vahid Əhmədov məhkəmə sistemini təhqir etdi – Müstəqil deyillər

Sentyabr 19
02:35 2020
Milli Məclisin deputatı Vahid Əhmədov Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına görə ölkə başçısına təşəkkür edib.
 
Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Tofiq Yaqublu dövlətini və millətini sevən insanlardan biridir: "Tofiq Yaqublu Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Tofiq Yaqublu Qarabağ qazisidir və onu həbsdə saxlamaq doğru olmazdı. Hesab edirəm ki, bütün bunları nəzərə alan cənab Prezident Tofiq Yaqublu ilə bağlı çox hümanist qərar verib. Ölkə başçısının bu qərar hamı tərəfindən alqışlanır. Mən də öz növbəmdə cənab Prezidentə təşəkkürümü bildirirəm”.

Deputat deyib ki, Tofiq Yaqublu ilə bağlı məsələni bu qədər böyütməyə ehtiyac yox idi: "Ola bilsin ki, Tofiq Yaqublunun müəyyən qanunsuz hərəkətləri olub. Amma hüquq-mühafizə orqanları onun keçmişdə Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərini, gənc yaşda qızının rəhmətə getməsini və səhhətindəki problemləri nəzərə almalı idi. Yenə də cənab Prezident sağ olsun ki, bu cür müsbət addım atdı və Tofiq Yaqublu ev dustaqlığına buraxıldı. Yaxşı olardı ki, məhkəmə Tofiq Yaqublu barəsində qərarına yenidən baxsın və ümumiyyətlə bu işə xitam versin. Cənab Prezident hər zaman bu cür hümanist addımlar atır və bu, məhkəmə üçün də örnək olmalıdır. Digər tərəfdən belə bir addımın atılması beynəlxalq aləm tərəfindən də çox yaxşı qarşılanacaq”.

Deputatın açıqlaması ilə bağlı cumhuriyyet.az olaraq bildirək, ki Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb. Deputatın məhkəmə qərarını prezidentin adına bağlaması isı ən azından məhkəmə müstəqilliyini şübhə alıtına almaqdır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook