SON XƏBƏR

Deputat: "Rövşən Lənkəranski saxta qəhrəman idi"

Yanvar 18
13:03 2017
"Qabaqlar alimlərin, ziyalıların dəfnində izdiham olardı. İndi isə oğruların, "vorlar”ın, rüşvətxorların dəfnində izdiham yaşanır”.
 
Bu sözləri ANV.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.
 
Onun sözlərinə görə, Rövşən Lənkəranskinin dəfnində yaşanan izdiham bunun bariz nümunəsidir:
 
"Nəinki sadə vətəndaşlar, məmurlar, deputatlar, sahibkarlar, hətta alimlər Lənkəranskinin dəfnində iştirak edirdilər. Gənclik dövründə filarmoniya ilə üzbəüz binada yaşamışam. Yadıma gəlir Səməd Vurğunun, Bülbülün dəfnində kütləvilik var idi. İndi ziyalı öləndə onun dəfnində yalnız yaxınları iştirak edir. Bu bizdə də belədir, Rusiyada da, digər ölkələrdə də. Çünki məqsədli şəkildə insanların zövqünü korlayırlar. Telekanallar tamaşaçıları zəlil edir. Gör nə günlərə qalmışıq ki, Rövşən Lənkəranskini, "Lotu Quli”ni bizə örnək göstərirlər. Onlar qəhrəman deyillər. Sadəcə bizə "qəhrəman” kimi sırımağa çalışırlar. O sadəcə cinayətkar idi”.
// ANV.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook