SON XƏBƏR

Deputat oğlunun federasiyası bağlanır (FOTO)

Oktyabr 02
14:21 2018
Daha bir federasiya maliyyə problemləri səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzədir.

Qlobal.az unikal.org-a istinadən xəbər verir ki, millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüqar Xəlilov rəhbəri olduğu Azərbaycan Futnet Assosiasiyasının (AFNA) fəaliyyətini dayandıra bilər.

Belə ki, bir müddətdir qurum idmançıların maaşlarını ödəmir. Hazırda vəziyyət o yerə çatıb ki, federasiyada qadınlardan ibarət milli komanda fəaliyyət göstərmir. Kişlərdən ibarət yığmada isə cəmi 3 idmançı - Namiq İsgəndərov, Səyyar Hüseynov və Amid Nəzərov var.

Qurum daxilindən verilən məlumata görə, deputat oğlu federasiya ilə maraqlanmır. Hətta bu günə kimi, cəmi 2-3 dəfə quruma gəlib .

İş o yerə çatıb ki, federasiyanın saytı (www.afna.az) da fəaliyyətini dayandırıb.

Xatırladaq ki, AFNA ötən ilin mart ayında yaradılıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook