SON XƏBƏR

Deputat oğlunu evləndirdi - Bəylə gəlin spikerə görə toya buraxılmadı…

Sentyabr 24
23:27 2017
Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov övladına toy edib.Yenicag.az xəbər verir ki, həmkarı Cavanşir Feyziyevlə quda olan millət vəkilinin dəvətnamə göndərdiyi şəxslər arasında Milli Məclisin spikeri Oktay Əsədov da olub.

Lakin, işlərinin çoxluğundan spiker məclisə ənənəvi saatda yox, 20:30-da gəlib çatıb. İşin qəribə tərəfi də ondan ibarətdir ki, deputat Rafiq Məmmədhəsənov Əsədovun toya gələcəyi saata qədər gəlinlə bəyi gəlin maşınında gözlədib.

Bildirilir ki, bu durum spikerin özünü də narahat edib.
 
Qeyd edək ki, bu barədə jurnalist Mahir Məmmədli öz sosial media hesabında yazıb və "Facebook”da ciddi müzakirəyə səbəb olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook