SON XƏBƏR

Deputat: "Kim söyüş söyürsə, özünə və ailəsinə aiddir"

Fevral 20
02:04 2019
Səttar Möhbalıyev: "Kim söyüş söyürsə, həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir"
 
"Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər. Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səttar Möhbalıyev deyib. 

O qeyd edib ki, həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir: "Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.
 
(Report.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook