SON XƏBƏR

Deputat: “Çıxış etməyi düşünürdüm, AŞPA-da işıqlar söndü”

May 20
13:01 2020
Avropa Şurası Parlament Assambleyasının binasında işıqlar sönüb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Erkin Qədirli feysbukda məlumat verib. O bildirib ki, bu gün Bakı vaxtilə saat 11:30-da AŞPA-nın Hüquq Komitəsinin ilk videokonfransı olmalı idi: "Çıxış etməyi düşünürdüm. Bildiriş göndərdilər ki, AŞPA binasında elektriklə bağlı problem yaranıb və işıq sönüb. İclas başqa gün olacaq”.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook