SON XƏBƏR

Deputat: "İcra başçıları bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər”

Avqust 07
15:43 2020
"Dövlət Təhlükəsizlik Xidməti bir çox rayonlarda əməliyyat həyata keçirsə də, bəzi rayonlar bunlardan nəticə çıxarmayıb”.

"Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisin bugün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib.

Deputat vurğulayıb ki, qanunsuz əməllər rayonlarda davam edir:

"Qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçay və digər rayonlardır. Dünən həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Əgər onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması, bəlkə də işin xeyrinədir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook